Redaktor
Azərbaycanda mobil internet sürəti artıb - Qlobal indeks açıqlandı
Cari ilin aprel ayında Azərbaycan mobil internet sürətinə görə 2 pillə irəliləyərək 94,64 Mbps sürətlə 48-ci yerdə qərarlaşıb.
Valyuta.az xəbər verir ki, mobil internet sürətinə görə ilk sırada 647,28 Mbps göstərici ilə Birləşmiş Ərəb Əmirlikləri yer alıb. Siyahının sonuncusu isə 4,75 Mbps sürətlə Eritreya olub. Ölkə 104-cü yerdə qərarlaşıb.
Bununla yanaşı, Azərbaycan sabit genişzolaqlı internet sürətinə görə 1 pillə geriləyərək 91,57 Mbps sürətlə 82-ci yerdə qərarlaşıb.
Sabit genişzolaqlı internet sürətində isə 430,31 Mbps göstərici ilə Sinqapur birinci yerdə qərarlaşıb. Siyahının sonuncu pilləsində isə 154 ölkə arasında 2,19 Mbps sürətlə Türkmənistan yer alıb.
Sərvanə Rəmixanova