Redaktor
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi 6 milyard 275 milyon 608 min ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu müddətdə Aİ ölkələrinə ixracın həcmi 5 milyard 482 milyon 224 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 46.15%-ni təşkil edir.
Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 6 milyard 234 milyon 280 min ABŞ dolları (ümumi ixracın 70.97%-i) idi. Beləliklə, illik müqayisədə Aİ ölkələrinə ixrac 752 milyon 55 min ABŞ dolları azalıb.
İdxala gəlincə, cari ilin yanvar-aprel aylarında Aİ ölkələrindən idxalın həcmi 793 milyon 383 min ABŞ dolları olub. Bu, ümumi idxalın 14.36%-nə bərabərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 955 milyon 343 min ABŞ dolları (ümumi idxalın 11.75%-i) olub. İllik idxal dəyərində Aİ ölkələri üzrə 161 milyon 959 min ABŞ dolları həcmində artım qeydə alınıb.

Mayya Hüseynova