Redaktor
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 1 milyard 676 milyon 956 min ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu müddətdə MDB ölkələrinə ixracın həcmi 565 milyon 261 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 4.76%-ni təşkil edir.
Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 485 milyon 244 min ABŞ dolları (ümumi ixracın 5.52%-i) idi. Beləliklə, illik müqayisədə MDB ölkələrinə ixrac 80 milyon 16 min ABŞ dolları artıb.
İdxala gəlincə, cari ilin yanvar-aprel aylarında MDB ölkələrindən idxalın həcmi 1 milyard 111 milyon 695 min ABŞ dolları olub. Bu, ümumi idxalın 20.12%-nə bərabərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 2 milyard 196 milyon 368 min ABŞ dolları (ümumi idxalın 27.01%-i) olub. İllik idxal dəyərində MDB ölkələri üzrə 1 milyard 84 milyon 673 min ABŞ dolları həcmində azalma qeydə alınıb.
| Ölkə | İxrac (min ABŞ dolları) | İdxal (min ABŞ dolları) |
|---|---|---|
| Rusiya | 318 817.54 | 722 732.44 |
| Ukrayna | 80 677.66 | 93 100.47 |
| Özbəkistan | 46 031.14 | 73 030.78 |
| Qazaxıstan | 42 314.17 | 71 860.60 |
| Belarus | 24 995.48 | 133 047.10 |
| Qırğızıstan | 17 013.15 | 2 495.10 |
| Türkmənistan | 16 906.39 | 12 626.85 |
| Ermənistan | 9 646.15 | 0.96 |
| Tacikistan | 7 534.44 | 930.21 |
| Moldova | 1 324.93 | 1 870.88 |
| 18.05.2026 |
Mayya Hüseynova