Bayram günündə işləyən işçiyə ikiqat ödəniş əvəzinə istirahət vermək olar?

Redaktor

14.04.2026 12:35
122

Bayram günündə işləyən işçiyə ikiqat ödəniş əvəzinə istirahət vermək olar?

Bəzi iş yerlərində, xüsusilə xidmət və satış sahəsində çalışan işçilər bayram və istirahət günlərində də işləmək məcburiyyətində qalırlar. Bu zaman bəzi yerlərdə işçilərə əlavə ödəniş etmək əvəzinə, sonradan istirahət günü verilir. Hətta bəzi hallarda bu seçim kimi yox, məcburi qayda kimi tətbiq olunur. İşçilər isə əlavə işlədikləri günlərin qarşılığını pul şəklində almaq istədiklərini bildirirlər. Maraqlıdır, əlavə işə görə mütləq ödəniş edilməlidir, yoxsa məzuniyyətlə əvəz etmək mümkündür?

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirir ki, Əmək Məcəlləsinə əsasən bəzi sahələrdə - fasiləsiz istehsalat, ticarət, ictimai iaşə, nəqliyyat və digər xidmət sahələrində işçilərin bayram günlərində işə cəlb olunmasına yol verilir, lakin bu, müəyyən qaydalar çərçivəsində həyata keçirilməlidir: "Qanunvericiliyə görə iş günü hesab edilməyən bayram günlərində görülən işə görə əməkhaqqı vaxtamuzd sistemdə gündəlik və ya saatlıq əməkhaqqının iki mislindən az olmayaraq, işəmuzd sistemdə isə ikiqat tariflə ödənilməlidir".

İşçi yaxşı işləsin deyə maaş istəyir, müdir maaş artırsın deyə yaxşı iş –  İlk addımı kim atmalıdır?

Ekspertin sözlərinə görə, işçinin istəyi olarsa, əlavə ödəniş əvəzinə ona başqa istirahət günü verilə bilər: "Burada əsas şərt işçinin razılığıdır. İşəgötürən bu seçimi məcburi şəkildə tətbiq edə bilməz. İş vaxtından artıq saatlarda görülən işlərə münasibətdə isə fərqli qayda tətbiq olunur. Bu halda əlavə işlənmiş saatlara görə mütləq pul ödənişi edilməlidir və bunu istirahət günü ilə əvəz etmək mümkün deyil".

A.Həsənov əlavə edir ki, 18 yaşına çatmamış şəxslərin bayram və istirahət günlərində işə cəlb edilməsi qadağandır: "Həmçinin hamilə qadınlar, 14 yaşınadək uşağı olan və ya əlilliyi olan uşağa baxan qadınlar yalnız öz yazılı razılığı ilə belə günlərdə işləyə bilərlər. Qanunvericiliyə görə, istirahət və bayram günlərində işə cəlb olunma yalnız müəyyən müstəsna hallarda mümkündür. Bunlara fövqəladə vəziyyətlərin aradan qaldırılması, kommunal xidmətlərin bərpası və digər zəruri hallar daxildir.

Sərvanə Rəmixanova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...