“Faizsiz kredit”lərin pərdəarxası - Ekpert gizli sxemi izah edir

Redaktor

26.12.2025 13:50
1,030

“Faizsiz kredit”lərin pərdəarxası - Ekpert gizli sxemi izah edir

Son dövrlərdə ölkədə fəaliyyət göstərən bir sıra mağazalar və pərakəndə satış şəbəkələri müştərilərə “faizsiz kredit” şərtləri ilə alış-veriş imkanı təqdim edir. Lakin bu cür təkliflərin həqiqətən faizsiz olub-olmaması, eləcə də arxasında duran kommersiya mexanizmləri ictimaiyyətdə müəyyən suallar doğurur.

Ümumiyyətlə faizsiz kredit nədir? Yəni bunlar həqiqətən faizsiz kreditlərdirmi, burada onların yanaşması nədir?

İqtisadçı ekspert Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirib ki,təqdim olunan “faizsiz kredit” təklifi həm “kredit” anlayışının, həm də “faizsiz” ifadəsinin eyni cümlədə işlədilməsi müəyyən yanlış təsəvvür yaradır:

"Bu, sanki dənizə girib suya batmamaq kimidir. Əgər ortada kredit varsa, mütləq şəkildə faiz də mövcuddur - sadəcə, bu faiz hər zaman alıcı tərəfindən ödənilmir. Maliyyə mexanizminin iş prinsipi belədir: əksər hallarda mağazalar bank və ya kredit təşkilatı ilə əməkdaşlıq edir. Həmin təşkilat məhsulu alıcıya hissə-hissə ödəmə şərtilə təqdim edir. Amma kredit təşkilatı bu xidməti faizsiz təqdim etmir - o, mütləq şəkildə öz faizini alır. Bu zaman həmin faiz mağaza (satıcı) tərəfindən ödənilir. Belə çıxır ki, vətəndaş kredit müqaviləsində faiz görmür, amma kredit təşkilatı öz faiz gəlirini yenə də əldə edir - sadəcə bu gəlir artıq alıcıdan deyil, satıcıdan çıxır. Məhz bu səbəbdən də mağazalar həmin xərci kompensasiya etmək üçün məhsulun üzərinə əlavə məbləğ gəlirlər. Başqa sözlə, mağaza əvvəlcədən məhsulun qiymətini artırır ki, sonradan kredit təşkilatına ödəyəcəyi faiz bu məbləğin içindən çıxsın. Faktiki olaraq bu, “gizli faiz” mexanizmidir. Belə bir sistemdə vətəndaş faizi birbaşa ödəməsə də, məhsulun qiyməti artdığı üçün dolayı yolla yenə o xərci qarşılamış olur".

"Bu fərqi aşkara çıxarmağın ən sadə yolu nəğd alışla kreditli alış arasında müqayisə aparmaqdır. Məsələn, mağazada müəyyən məhsul nəğd alış zamanı 850 manata təklif oluna bilər. Amma eyni məhsul “faizsiz kredit” adı ilə 1 000 manata satılırsa, bu zaman 150 manat fərq - əslində mağazanın bank üçün ödədiyi və məhsulun qiymətinə əlavə etdiyi faizd", - deyə ekspert qeyd edib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...