Hamı ucuzlaşma gözləyir, bazar isə…

Redaktor

14.02.2026 19:33
584

Hamı ucuzlaşma gözləyir, bazar isə…

Bu il Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin artım tempinin əvvəlki illərlə müqayisədə zəifləyəcəyi gözlənilir. "S&P Global Ratings”in açıqlamasına görə, inflyasiyaya uyğunlaşdırılmış mənzil qiymətlərində artımın 2026-cı ildə 5-6 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Analitiklər artım tempinin azalmasını ölkədə kreditləşmənin yavaşlaması, iqtisadi artımın məhdudlaşması və neft qiymətləri ilə bağlı gözləntilərlə əlaqələndirirlər.

Qeyd edək ki, beynəlxalq reytinq agentliyi bundan əvvəl, 2025-ci ildə Azərbaycanda daşınmaz əmlak qiymətlərinin 10-15 faiz civarında artacağını proqnozlaşdırmışdı. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara əsasən isə 2025-ci il ölkədə mənzil qiymətləri əvvəlki illə müqayisədə 12,2 faiz yüksəlib.

Əhali arasında da tezliklə daşınmaz əmlakın ucuzlaşacağı ilə bağlı şayiələr yayılır. Bəs bu şayiələr nə dərəcədə həqiqətə uyğundur? 

"Nə sabitləşmə, nə də ucuzlaşma gözlənilir” 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı temp azalsa da, nə sabitləşmə, nə də ucuzlaşma gözlənilir: "Bu il daşınmaz əmlak bazarında qiymət artımının dinamikası əvvəlki illərlə müqayisədə zəif olacaq. Yəni qiymətlər artmaqda davam etsə də, artım tempi azalacaq. Lakin daşınmaz əmlak hələ də investisiya aləti olaraq qalır və bu səbəbdən qiymət artımı dayanmayacaq. Alternativ investisiya istiqamətlərinin məhdud olması əhalinin investisiya məqsədilə əmlaka üstünlük verməsinə səbəb olur. Bununla yanaşı, yeni yaşayış komplekslərinin tikintisi ilə bağlı gözləntilər mövcuddur. Aparılan söküntü işləri nəticəsində köhnə binaların yerində yeni tikililər inşa ediləcək. Bu amillər daşınmaz əmlak bazarında qiymət artımını saxlayan əsas faktorlar sırasındadır. Hazırda bazarda alıcıların sayı az, satıcıların sayı isə çoxdur. Amma bu, qiymətlərin enməsi üçün səbəb demək deyil. Çünki daşınmaz əmlak bazarı klassik tələb və təklif prinsipi ilə tənzimlənmir”.

V.Oruc bildirib ki, qiymət artımının azalacağı ilə bağlı verilən proqnozlar əsasən köhnə binalara aiddir: "Belə ki, bu il köhnə binalarda qiymətlərin 6-6,5 faiz, yeni tikililərdə isə 9-10 faiz artacağı gözlənilir. 2027-ci ildə də əmlak sektorunda qiymət artımı gözlənilir, lakin artım tempi daha aşağı olacaq. Bu proses ölkədəki iqtisadi vəziyyət, xərclərin optimallaşdırılması və tikinti bazarında aktivliyin azalması ilə əlaqələndirilir”.

Ucuzlaşma real hesab edilmir 

Ekspertin fikrincə, iqtisadi sabitlik baş vermədikcə, heç bir sahədə ucuzlaşma olmayacaq: "Qiymətlərin ucuzlaşması real hesab edilmir. Daşınmaz əmlakın qiymətləri bir il əvvəlki səviyyədən aşağı düşməyəcək. Fevral və mart aylarında qiymət artımının yenidən özünü göstərəcəyi proqnozlaşdırılır. Ən yaxşı halda bazarda stabilləşmə 2027-ci ilin sonu, 2028-ci ildə mümkün ola bilər. Bu da həmin illərdə manatın məzənnə rejimi və ümumi iqtisadi şəraitlə bağlı olacaq”.

"Kütləvi inşaat başlasa, qiymətlər stabilləşəcək”

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov da düşünür ki, yayılan şayiələr reallığı əks etdirmir və bu il əmlak bazarında heç bir qiymət azalmasından söhbət gedə bilməz: "Son dövrlərdə insanlar arasında əmlak qiymətlərinin enəcəyi ilə bağlı fikirlər formalaşıb. Bu fikirlər haradan qaynaqlanır, bilmirəm. Bu ehtimal ipoteka predmetinə aid olmayan, daha baha seqmentə daxil olan əmlaklara şamil edilə bilər. Digər torpaq növlərində isə 5-10 faiz artım gözlənilir. İpoteka predmeti olan əmlakların qiymətində isə azalma mümkün deyil, əksinə, təxminən 12 faiz civarında artım ola bilər. 2026-cı il göstəriciləri də 2025-ci ildən ciddi şəkildə fərqlənməyəcək”.

Ekspertin sözlərinə görə, əmlak bazarında qiymətlərin stabilləşməsinin yeganə çıxış yolu tikinti şirkətlərinin yenidən aktiv şəkildə dövriyyəyə daxil olmasıdır: "Yalnız 2016–2018-ci illərdə olduğu kimi kütləvi inşaat prosesi başlasa, qiymətlərin stabilləşməsindən, hətta müəyyən enişdən danışmaq mümkün olar. Əks halda, sabitləşmə, ucuzlaşma baş verməyəcək. Etiraf etmək lazımdır ki, hazırda tikinti üçün verilən icazələrin əhəmiyyətli dərəcədə azaldılması tikinti şirkətləri arasında rəqabəti zəiflədib. Nəticədə daşınmaz əmlakla bağlı təkliflər qıtlaşıb. Bu qıtlıq aradan qaldırılmadıqca, tələbat yüksək olaraq qalacaq, qiymətlər stabilləşməyəcək və artım tendensiyası da davam edəcək”.

©"Kaspi" qəzeti

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...