“Makler evi” almaq istəyənlər üçün vacib xəbərdarlıq

Redaktor

08.04.2026 11:13
177

“Makler evi” almaq istəyənlər üçün vacib xəbərdarlıq

Son zamanlar Abşeron yarımadasında daşınmaz əmlakın yeni bir seqmenti populyarlıq qazanıb. Söhbət "makler evləri"ndən gedir. Dövlət Reyestrindən çıxarışı olmayan ərazilərdə inşa edilən həmin evlər xarici görkəm cəhətdən aldadıcı olsa da, təhlükəsizlik baxımından risklidir.

Çünki belə evlər başdansovdu inşa edilir. Bir neçə ildən sonra da divarlarda çatlar, təmirdə ciddi nöqsanlar əmələ gəlir. Bu da əlavə xərc deməkdir. Digər tərəfdən, belə evlər əsasən kanalizasiya xətlərindın uzaq ərazidə inşa edilir, heç bir drenaj sistemi olmur.

Elə son hadisələr də göstərdi ki, güclü yağışlardan sonra ən çox zərər görən məhz "makler evləri"dir.

Bu cür evlərin daha hansı riskləri var?

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib ki, son selbasmadan ən çox zərər görən "makler evləri"dir:

"Nəzərə alaq ki, "makler evləri"nin inşasında heç bir tikinti norması nəzərə alınmır. Bu evlərin bünövrəsi çox zaman çay və mişar daşlarından qoyulur. Belə evlərsə adi subasmadan çökə və dağıla bilir.

Ən böyük problem odur ki, "makler evləri" kanalizasiya sistemləri olmayan ərazilərdə, çökəkliklərdə və ucqarlarda inşa edilir. Təbii ki, adi yağışlar zamanı da belə evlərin zirzəmisini və birinci mərtəbəsini su basır. Belə vəziyyətdə həyətlərə toplanmış suların xaric edilməsi də problemə çevrilir. Çünki bu evlər bir-birinə çox yaxın inşa edilir. Hətta yanğın təhlükəsizliyi qaydalarına da riayət olunmur. Nəticədə fors-major hallarda həmin evlərə yardım eləmək mümkün olmur.

Ona görə də ucuzluğuna görə "makler evləri"nə maraq göstərmək doğru deyil. Sonradan ən xırda məsələyə, hətta yağış sularına görə evi alan şəxs böyük ölçüdə ziyanla üzləşir".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...