Norm Sement zavodunun istehsal gücü artırılıb

Redaktor

08.01.2026 10:46
866

Norm Sement zavodunun istehsal gücü artırılıb ®

“Norm” ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb. Beləliklə, zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan 2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib ki, bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanı deməkdir. Layihənin icrasına beynəlxalq tərəfdaşlar – Çinin “BTIEC”, Almaniyanın “Gebr. Pfeifer” and “Claudius Peters” şirkətləri cəlb edilib.

Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sement bazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də, şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir: “Biz ölkənin və regionun genişlənən infrastruktur ehtiyaclarını və ixrac imkanlarını nəzərə alaraq, zavodun istehsal gücünü artırmağa qərar verdik. Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması bizim üçün həm daxili bazarı təmin etmək, həm də xarici bazarlara klinker ixracı imkanlarını genişləndirmək baxımından mühüm addım oldu. Bu təşəbbüs, növbəti 15-20 il ərzində ölkə daxilində sement və klinker tələbatının yerli istehsal hesabına tam qarşılanmasını təmin etməklə, Azərbaycanın sənaye potensialının gücləndirilməsinə xidmət edəcək”.

“Norm”ASC-nin innovasiyalara davamlı sərmayəsi enerji sənayesi üçün strateji əhəmiyyət daşıyan quyu-tamponaj sementinin istehsalında da öz əksini tapır. Bu məhsul neft-qaz sektorunda quyuların təhlükəsizliyinin və etibarlılığının təmin olunmasında mühüm rol oynayır.  Şirkət bu istiqamətdə Azərbaycandakı SLB, həmçinin bp kimi beynəlxalq enerji şirkətləri ilə sıx əməkdaşlıq edir və tərəfdaşlıq münasibətlərini ildən-ilə genişləndirir.  Hazırda məhsul Orta Asiya ölkələrindən bəzilərinə ixrac olunur. Qarşıdan gələn illərdə quyu-tamponaj sementinin ixrac imkanlarının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Norm xüsusi növ sement sayılan quyu-tamponaj sementinin Azərbaycanda yeganə istehsalçısıdır və  şirkət, 2021-ci ildə Cənubi Qafqazda ilk dəfə olaraq, bu məhsulun istehsalı ilə bağlı Amerika Neft İnstitutundan müvafiq API sertifikatı əldə edib.

Həm sənaye, həm də ekoloji baxımdan məsuliyyətli fəaliyyət sərgiləyərən Norm, istehsal proseslərinin modernləşdirilməsi, resursların optimallaşdırılması və ətraf mühitə təsirin azaldılması istiqamətində də investisiyalar yatırır. İstehsal gücünün artırılması ilə yanaşı şirkət tərəfindən ötən ildən etibarən sement istehsalında klinker əmsalı 5%-ə qədər azaldılıb ki, bu da təxminən 85 min ton klinkerin əlavə sement istehsalına yönəldilməsinə imkan verir. Ölkənin sement istehsalı üzrə aparıcı müəssisəsi və tikinti materialları istehsalçısı olaraq, Norm məhsullarının klinker əmsalını optimizasiya etməklə, spesifik CO₂ emissiyalarını azaltmağı dayanıqlı inkişaf məqsədləri çərçivəsində ön planda tutur.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir. Ölkə iqtisadiyyatının davamlı inkişafına dəstək məqsədilə NEQSOL Holding bir sıra investisiya layihələrinə imza atır. Norm Sement zavodunun istehsal gücünün artırılmasına yönəldilən sərmayə də bu strategiyanın mühüm tərkib hissəsini təşkil edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...