Ötən il büdcəyə 853 milyon manat daha çox vergi daxil olub

Redaktor

07.01.2026 15:55
789

Ötən il büdcəyə 853 milyon manat daha çox vergi daxil olub

2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5 milyon manat çoxdur. 2024-cü illə müqayisədə vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5 faiz artıb.

Valyuta.az xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 12 milyard 6 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 336,1 milyon manat vəsait ödənilib. Əvvəlki ilə nisbətən bu sektordan vergi daxilolmaları 978,7 milyon manat və ya 8,9 faiz artıb.
Ödənilən vergilərin 73,4 faizi qeyri-neft-qaz sektorunun, 26,6 faizi isə neft-qaz sektorunun payına düşüb.

2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat olub. Bu mənbədən daxilolmalar 2024-cü illə müqayisədə 11,9 faiz və ya 684,9 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 4,3 milyard manata yaxın təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10,0 faiz artıb və 228,9 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 173,3 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilə nisbətən 10,5 faiz artıb və 1,1 milyard manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0 faiz artaraq 793,4 milyon manatdan artıq təşkil edib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...