“Marketinqdə nəticə vaxt aparır” demək kifayət etmir"

Redaktor

19.05.2026 09:35
63

“Marketinqdə nəticə vaxt aparır” demək kifayət etmir"

Hazırda şirkətlərin tanınması, satış strategiyasının gücləndirilməsi və kampaniyaların hazırlanması üçün sosial media səhifələrində paylaşımlara ehtiyac duyulur. Bu zaman rəhbərlər marketinq mütəxəssisləri ilə əməkdaşlığa başlayırlar. Lakin reklam paylaşılan kimi bəzi rəhbərlər ilk gündən nəticənin zəif olduğunu düşünərək narazılıq edirlər. Rəqəmsal marketinq mütəxəssisləri isə reklamın dərhal nəticə verməyəcəyini, səhifənin izləyici sayının bir gün ərzində sürətlə artmasının real olmadığını izah etdikdə tərəflər arasında mübahisə yaranır. Bəs sosial şəbəkədə edilən ilk paylaşımlardan yüksək nəticə gözləmək nə dərəcədə realdır?

Rəqəmsal marketoloq Aydan Salay Valyuta.az-a bildirir ki, SMM və rəqəmsal marketinqdə ilk gündən yüksək nəticə gözləmək, bir toxumun torpağa düşdüyü gün məhsul toplamağı gözləməyə bənzəyir: "Bu problem Azərbaycan iş dünyasında kifayət qədər geniş yayılıb. Düzdür, Azərbaycanda rəqəmsal marketinq sektoru inkişaf edir, lakin müştəri-mütəxəssis münasibətlərinin idarə edilməsi hələ də zəif nöqtədir. Bir çox rəhbər "reklam = dərhal satış" düşüncəsindən çıxa bilmir, bir çox mütəxəssis isə prosesi başlanğıcda düzgün çərçivəyə sala bilmir. Nəticədə gözlənti ilə reallıq arasında yaranan uçurum münaqişəyə çevrilir”.

Ekspert vurğulayır, bu, texniki anlayış deyil, gözlənti idarəetməsi problemidir. Münaqişənin kökündə iki tərəfin fərqli dildə danışması dayanır: "Rəhbər "reklam qoydum, nəticə gəlməlidir" düşüncəsindədir, mütəxəssis "proses qurulur, zamanla görünəcək" mövqeyindədir. Bu iki nöqtə heç vaxt üst-üstə düşməz. Əksər hallarda bu uçurum, işin başlanğıcında aydın KPI-ların, real müddətlərin və ölçülə bilən hədəflərin müzakirə edilməməsindən yaranır".

A.Salayın sözlərinə görə, rəqəmsal marketinqdə nəticə mərhələlidir: “Reklamın ilk həftəsi auditoriyanı tanıma mərhələsidir. Bu müddətdə platforma öyrənmə prosesində olur, məzmun isə alqoritm tərəfindən qiymətləndirilir. İzləyici sayının bir gecədə artması nə realdır, nə də saxlana bilən bir nəticədir. Satışa çevrilmə üçün isə çox vaxt auditoriya etibar qazanma dövrü, etibar formalaşması və çoxsaylı toxunma nöqtəsi lazımdır. Bunlar kənar amillərlə deyil, platformaların özünün iş məntiqi ilə bağlıdır”.

Rəqəmsal marketoloq qeyd etdi ki, mütəxəssis nəticələrin əldə olunma müddətini də əvvəldən rəhbərliyə izah etməlidir: “Mütəxəssis tərəfindən də bir vəzifə var: işin başlanğıcında nəyin nə vaxt gözlənilə biləcəyini konkret şəkildə izah etmək. "Nəticə vaxt aparır" demək kifayət etmir. Hansı müddətdə hansı göstərici izlənəcək, hansı rəqəm uğur sayılacaq - bunlar əvvəlcədən müzakirə edilməlidir. Şəffaf kommunikasiya olmadan hər iki tərəf haqlı mövqedə duraraq mübahisə edəcək.

İstənilən rəqəmsal marketinq əməkdaşlığı əvvəlcə "nəyi ölçəcəyik, nə vaxt nəyi gözləyəcəyik" sualına yazılı cavab verməklə başlamalıdır. Mütəxəssis bunu etməyi bacarmırsа, o, texniki biliyini işə çevirməyi bacaran peşəkar deyil. Rəhbər buna hazır deyilsə, o da düzgün tərəfdaşlıq qurmağa hazır deyil”.

Nuranə Mübariz

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib

19.05.2026

Nazir: "Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə endirilib"

19.05.2026

Kriptoda yeni hücum: 77 milyon dollarlıq saxta token dövriyyəyə buraxıldı

19.05.2026

Azərbaycanda içməli suyun təhlükəsizliyi necə yoxlanılır? - Nazirlik rəsmisindən açıqlama

19.05.2026

Tramp 10 milyard dollarlıq iddianı geri götürdü

19.05.2026

"Bitcoin" üçün həyəcan təbili: Kritik səviyyəyə yaxınlaşır

19.05.2026

Sabah 28 dərəcə isti olacaq

19.05.2026

Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq

19.05.2026

Beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə dəyişib

19.05.2026

Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin sayı 2 dəfə azalsa da, gəlirlərini 4,4 dəfə artırdı

19.05.2026

"ABB"nin gəlir gətirən vəsaitləri 19 milyon manat azalıb

19.05.2026

Azərbaycanın qonşuları arasında ən sürətli mobil internet hansı ölkədədir?

19.05.2026

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL

19.05.2026

Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?

19.05.2026

İşçilərə verilən dəyər niyə azalır?

19.05.2026

“Assist Finance"ın dövriyyə itkisi 1,1 milyard manatdan çoxdur

19.05.2026

Xankəndi-Şuşa kanat yolunun gələn il istifadəyə verilməsi nəzərdə tutulur - Aydın Kərimov

19.05.2026

Bir həftəyə Bakı-Tiflis qatarı açılacaq- RƏSMİ

19.05.2026

10 min manatdan 32 min manata qədər: 28 Mayda çoxotaqlı ofis qiymətləri - CƏDVƏL

19.05.2026

“Marketinqdə nəticə vaxt aparır” demək kifayət etmir"

19.05.2026

Məzənnə

Yüklənir...