Bəzi tədbirlərdə iştirakçılar niyə mürgüləyir?

Redaktor

26.02.2026 11:45
571

Bəzi tədbirlərdə iştirakçılar niyə mürgüləyir? - Diqqət probleminin səbəbləri

Ötən gün müzakirə mövzusu Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbir zamanı bəzi alimlərin mürgülədiyini əks etdirən fotoşəkillər oldu. Sözügedən görüntü ictimaiyyət arasında müxtəlif reaksiyalara səbəb verdi və ümumi mənzərə tənqid olundu. Bəzi yanaşmalara görə, tədbirin gedişatı kifayət qədər maraqlı olmadığı üçün belə vəziyyət yaranıb, bəzləri isə mürgüləyən şəxsləri günahlandırdı.

Lakin məsələyə ümumi yanaşsaq, tədbirlər zamanı mürgüləyən və ya diqqətini telefona yönəldən iştirakçılara çox rast gəlirik.

Səbəb nədir? Bu kimi tədbirlər necə təşkil olunur ki, insanlar yatır? Yəni burda səhv nədir?      

“Facemark” biznes tədbirlərinin təşkili şirkətinin təsisçisi, biznes konsultant Rafiq Hunaltay Valyuta.az-a bildirib ki, tədbirlərin maraq doğurması məsələsindən danışırıqsa, burada şərti olaraq iki kateqoriyaya bölərək hər birinə ayrı yanaşmalıyıq:

"Özəl sektorun təşkil etdiyi tədbirlər və dövlət qurumlarının müəyyən prosedur və hesabat xarakterli tədbirləri. Dövlət tədbirlərinin bir çoxunda formatın illərdir dəyişməməsi iştirakçılar üçün yeni yanaşma təqdim etmir. Bu isə bəzi hallarda tədbirlərin daha monoton və yorucu qəbul edilməsinə səbəb olur. Özəl sektorun təşkil etdiyi tədbirlərdə isə proqram daha dinamik qurulur, interaktiv elementlərə və müəyyən dərəcədə əyləncə komponentlərinə yer verilir. Nəticədə belə tədbirlər daha canlı və cəlbedici görünür. Ümumilikdə, tədbirin diqqətdə saxlanılması proqramın axıcılığından birbaşa asılıdır. Çıxış edən şəxslərin kimliyi, mövzunun aktuallığı və gündəmlə uyğunluğu da mühüm rol oynayır. Lakin ümumi mənzərə göstərir ki, istər dövlət, istərsə də özəl sektor tərəfindən təşkil olunan tədbirlərdə interaktivlik səviyyəsi yetərli deyil. Elmi araşdırmalar da göstərir ki, insanlar təxminən 1-1,5 saatdan sonra eyni intensivlikdə və effektivlikdə dinləmə qabiliyyətini qoruyub saxlaya bilmirlər və passiv dinləmə mərhələsinə keçirlər. Bu mərhələdə diqqətin yayınması, mobil telefondan istifadə və digər paralel fəaliyyətlər artır. Bu baxımdan hər 1-1,5 saatdan bir qısa fasilələrin və ya interaktiv bölmələrin təşkili daha məqsədəuyğun hesab oluna bilər".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"AZAL" ilk 3 ayda 7,6 milyon manat gəlir əldə edib

30.04.2026

Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb

30.04.2026
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

30.04.2026

"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur

30.04.2026

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30.04.2026

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®

30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!

Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!

30.04.2026

Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər

30.04.2026

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

30.04.2026

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

30.04.2026

"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

30.04.2026

Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb

30.04.2026

Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib

30.04.2026

"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir

30.04.2026

Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı

30.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL

30.04.2026

Prezident idmançıları qəbul edib

30.04.2026

Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı

30.04.2026

Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?

30.04.2026

Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmə qərarı

30.04.2026

Məzənnə

Yüklənir...