Redaktor
"Konsaltinq xidməti əksər hallarda şirkətə fayda gətirir"
Azərbaycanda konsaltinq xidmətlərinə münasibət hələ də birmənalı deyil. Şirkətlər düşünürlər ki, konsultantlar şirkətin saatını oğurlayıb, sonra vaxtı həmin şirkətə baha qiymətə deyən adamlardır. Şirkət rəhbərləri konsultantların biznesə real dəyər qatıb-qatmadığı sualını verir, bəziləri isə bu xidməti əlavə və əsaslandırılmamış xərc kimi qiymətləndirir.
Sual yaranır ki, şirkətlər niyə belə yanaşırlar? Əslində, konsultantlar şirkətin həll edə bilmədiyi nəyi həll edirlər?
Valyuta.az-a danışan biznes konsultant Pərviz Əzimov bildirib ki, Azərbaycan bazarında konsaltinq və podratçı xidmətləri hələ tam formalaşmayıb və geniş şəkildə tətbiq olunmur:
"Halbuki, dünya təcrübəsində bu xidmətlər geniş yayılıb və biznes idarəetməsinin vacib alətlərindən biri hesab olunur. Konsaltinq xidməti 90% hallarda şirkətə fayda gətirir. Praktikada bu xidmətlərin böyük hissəsi müəssisələrin inkişafına, risklərin azaldılmasına və səmərəliliyin artırılmasına xidmət edir. Bunun səbəbləri müxtəlifdir. Müqayisə üçün peyvəndlə bağlı məşhur yanaşmanı xatırlatmaq olar: peyvənd nadir hallarda bəzi şəxslərdə mənfi təsir yarada bilər, lakin ümumilikdə cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynayır. Konsaltinq xidməti də oxşar mahiyyət daşıyır. Ola bilər ki, hansısa şirkətə zərər vursun, lakin ümumi təcrübə göstərir ki, düzgün və peşəkar şəkildə təqdim edilən konsaltinq xidmətləri şirkət üçün daha çox qazanc yaradır. Əsas məsələ bu xidmətdən düzgün istifadə etməkdir. Bu yanaşma yalnız konsaltinqə deyil, ümumilikdə bütün podratçı xidmətlərə aiddir".

Biznes konsultant qeyd edib ki, konsaltinqin müxtəlif istiqamətləri mövcuddur:
"Məsələn, vergi konsaltinqi. Kiçik bir şirkətin vergi məsələləri ilə bağlı mütəmadi öhdəlikləri olur və bu sahədə peşəkar dəstəyə ehtiyac yaranır. Eyni zamanda hüquqi konsaltinq xidməti də mühüm əhəmiyyət daşıyır. Müəssisənin məhkəmə işləri, müqavilələri və digər hüquqi prosesləri ola bilər. Lakin bu işlərin həcmi hər zaman daimi ştat vahidi saxlamağı zəruri etmir. Şirkət daimi hüquqşünas və ya vergi mütəxəssisi işə götürdükdə yüksək əməkhaqqı ödəməli olur. Halbuki həmin mütəxəssisə veriləcək iş həcmi bəzən bu xərci əsaslandırmaya bilər. Konsaltinq və ya podratçı xidmətlərdən istifadə edildikdə isə şirkət yalnız konkret yaranmış ehtiyac üzrə xərc çəkir. Bu isə büdcəyə qənaət etməyə və eyni zamanda ixtisaslaşmış peşəkar komandaya çıxış əldə etməyə imkan verir. Digər bir nümunə marketinq sahəsidir. Kiçik və orta müəssisələr üçün marketinq strategiyasının hazırlanması zəruri ola bilər. Lakin bu sahədə peşəkar mütəxəssisi daimi ştata qəbul etmək 5 000-7 000 manat və ya daha yüksək xərc tələb edə bilər. Şirkətin aylıq dövriyyəsi bu səviyyədə sabit əməkhaqqını təmin etməyə imkan vermədikdə, konsaltinq xidməti daha məqsədəuyğun alternativ olur. Bu halda müəssisə daha aşağı xərc müqabilində marketinq strategiyası və planı əldə edə bilir. Hüquq, vergi, maliyyə, marketinq və biznesin idarə edilməsi kimi sahələrdə bu cür nümunələrin sayı çoxdur. Konsaltinq xidmətlərinin üstünlüklərindən biri də peşəkar komanda ilə işləmək imkanının yaradılmasıdır. Məsələn, şirkət bir hüquqşünas işə qəbul etdikdə yalnız bir mütəxəssisin təcrübəsindən yararlanır. Konsaltinq şirkəti ilə əməkdaşlıq zamanı isə eyni məsələ üzərində bir neçə hüquqşünasın birgə çalışması mümkündür. Bu da qərarların daha dəqiq və əsaslandırılmış olmasına şərait yaradır".
"Konsaltinq xidməti müəyyən mənada məsuliyyətin bölüşdürülməsi baxımından da əhəmiyyətlidir. Şirkətə hüquqi, vergi və ya maliyyə üzrə rəsmi məsləhət təqdim edildikdə, gələcək audit və ya məhkəmə proseslərində həmin rəyin əsaslandırılması mümkün olur. Bu, risklərin idarə olunmasında əlavə təminat rolunu oynayır. Ümumiləşdirilmiş şəkildə demək olar ki, konsaltinq xidmətləri biznes subyektləri üçün mühüm alətdir. Lakin təəssüf ki, Azərbaycanda bir çox sahələrdə, xüsusilə marketinq konsaltinqi və biznesin idarə edilməsi istiqamətində güclü və tam formalaşmış konsaltinq şirkətləri hələ kifayət qədər deyil. Bu səbəbdən bəzi müəssisələr gözlədikləri nəticəni əldə etməkdə çətinlik çəkirlər. Eyni zamanda, şirkətlərin tərəddüdünü də tamamilə əsassız hesab etmək olmaz. Çünki konsaltinq şirkətləri də hələ tam oturuşmuş şirkətlər deyil", - deyə P.Əzimov əlavə edib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"AZAL" ilk 3 ayda 7,6 milyon manat gəlir əldə edib
30.04.2026Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb
30.04.2026
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?
30.04.2026"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur
30.04.2026“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir
30.04.2026“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®
30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!
30.04.2026Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər
30.04.2026Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
30.04.2026Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
30.04.2026"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
30.04.2026Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026