Redaktor
“PAŞA Kapital”ın dövriyyəsi 13,9 milyard manat azalıb
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin açıqladığı göstəricilərə əsasən, şirkətin dövriyyəsinin həcmi bu ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb.
Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-aprel aylarında 18 milyard 655 milyon 451 min 796 manat təşkil edən göstərici, 2026-cı ilin eyni dövründə 4 milyard 763 milyon 675 min 892 manata enib.
Nəticədə dövriyyəsində illik müqayisədə 13 milyard 891 milyon 775 min 904 manat azalma qeydə alınıb.
Hesabat dövründə şirkətin əməliyyat sayında da azalma müşahidə olunub. Belə ki, 2026-cı ilin yanvar-aprel aylarında “PAŞA Kapital İnvestisiya Şirkəti”nin əməliyyat sayı 1 801 olub. Bu göstərici 2025-ci ilin eyni dövründə 2 637 təşkil edib.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
İnvestorlar 2026-cı ildə hansı startaplara yatırım edəcəklərini açıqlayıblar
Əməliyyat sayına görə investisiya şirkətlərinin RENKİNQİ
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib