Redaktor
1000 manat depozit “Kapital Bank”da nə qədər qazanc gətirir? - Aylıq və müddətsonu
“Kapital Bank”da depozit yerləşdirilməsi müştərilərə müxtəlif müddət və valyuta seçimləri təqdim edir. Əmanətlər manat (AZN) və ABŞ dolları (USD) ilə 1 aydan 36 aya qədər yerləşdirilə bilər. Faiz dərəcələri isə seçilən müddətə və valyutaya uyğun olaraq müəyyən edilir.
Valyuta.az bankın “Depozit” məhsulu üzrə AZN valyutasında yerləşdirilən əmanətin aylıq və müddətsonu gəlirliyini təhlil edib.
Depozitlər üzrə faiz gəlirləri iki formada hesablanır: aylıq və ya müddətin sonunda. Aylıq ödəniş seçildikdə faizlər hər ay müştərinin hesabına köçürülür. Müddətin sonunda ödəniş zamanı isə bütün faiz məbləği depozit müddəti başa çatdıqda təqdim olunur.
Depozitlərin idarə olunması “Birbank” tətbiqi və ödəniş terminalları vasitəsilə mümkündür. Müştərilər müqavilənin bitməsinə 30 gün qalanadək depozit məbləğini artırmaq imkanına malikdirlər. Depozit məbləğinin azaldılması üçün isə belə bir müddət məhdudiyyəti tətbiq edilmir.
Vergi məsələlərinə gəldikdə, 18 ay və ya daha uzun müddətə yerləşdirilən manat depozitləri üzrə faiz gəlirləri 3 il müddətinə 10% gəlir vergisindən azaddır. 18 aydan az müddətli depozitlərdə isə faiz gəlirlərinin aylıq 200 manata qədər olan hissəsi vergidən azad edilir. 1 yanvar 2024-cü ilədək yerləşdirilmiş depozitlər üzrə isə əvvəlki vergi qaydaları tətbiq olunur.
| "Kapital Bank"da 1000 manat depozit yerləşdirmək | ||||
|---|---|---|---|---|
| Müddət | Aylıq faiz | Aylıq qazanc | Müddətin sonu faiz | Müddətin sonunda qazanc |
| 1 ay | 7% | 5.83 | ||
| 3 ay | 7% | 5.83 | 8% | 20.00 |
| 6 ay | 9% | 7.50 | 10% | 50.00 |
| 12 ay | 8% | 6.67 | 9% | 90.00 |
| 18 ay | 8% | 6.67 | 9% | 135.00 |
| 24 ay | 7.5% | 6.25 | 8% | 160.00 |
| 36 ay | 7.5% | 6.25 | 8% | 240.00 |
| 06.05.2026 | ||||
Mayya Hüseynova