Redaktor
“AccessBank” 69,5 milyonluq faiz gəlirini nələrdən əldə edib?
"AccessBank" 2026-cı ilin I rübündə 69 milyon 456 min manat faiz gəliri əldə edib.
Valyuta.az xəbər verir ki, bankın faiz gəlirləri illik müqayisədə 10 milyon 473 min manat və ya 17,8% artıb.
2025-ci ilin eyni dövründə bu göstərici 58 milyon 983 min manat səviyyəsində olub.
Hesabat dövründə bankın faiz gəlirlərinin əsas hissəsi müştərilərə verilmiş kreditlər hesabına formalaşıb. Bu istiqamətdən daxilolmalar 2026-cı ilin ilk rübündə 65 milyon 874 min manat təşkil edib. 2025-ci ilin müvafiq dövründəki 56 milyon 347 min manat ilə müqayisədə 9 milyon 527 min manat və ya 16,9% artım olub.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 2026-cı ilin I rübündə 1 milyon 349 min manata çatıb. Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 225 min manat olub. Bu isə illik müqayisədə 124 min manat və ya 10,1% çoxdur.
Banklar və digər maliyyə institutlarındakı depozitlərdən əldə olunan faiz gəlirləri isə 2026-cı ilin ilk rübündə 1 milyon 453 min manat olub. 2025-ci ilin eyni dövründə bank bu istiqamətdən 332 min manat gəlir əldə etmişdi.
Eyni zamanda, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri azalıb. Bu sahədən əldə olunan gəlir 2026-cı ilin I rübündə 780 min manat təşkil edib. Halbuki, 2025-ci ilin müvafiq dövründə göstərici 1 milyon 79 min manat idi. Bu da illik müqayisədə 299 min manat və ya 27,7% azalma deməkdir.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
"Bank Respublika" göstərdiyi xidmətlərdən nə qədər qazanıb? - Rəqəmlər
Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar - CƏDVƏL
"Unibank"a depozit üçün daha çox kim üz tutur - əhali, yoxsa şirkətlər?
Faiz gəlirlərinə görə ikinci olan ABB qazancını nələrdən əldə edib?
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?
30.04.2026"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur
30.04.2026“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir
30.04.2026“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®
30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!
30.04.2026Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər
30.04.2026Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
30.04.2026Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
30.04.2026"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
30.04.2026Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026