Redaktor
"Yelo Bank" pulu nələrdən qazanıb?
“Yelo Bank” 2026-cı ilin birinci rübündə faiz gəlirlərini artıraraq əsas qazancını yenə də kredit portfelindən əldə edib.
Valyuta.az xəbər verir ki, bankın maliyyə hesabatı göstərir ki, gəlirlərin böyük hissəsi müştərilərə verilmiş kreditlər hesabına formalaşıb.
Bankın ümumi faiz gəlirləri 2026-cı ilin ilk üç ayında 50 milyon 649 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz və ya təxminən 9,9 milyon manat çoxdur. 2025-ci ilin birinci rübündə faiz gəlirləri 40 milyon 789 min manat olmuşdu.
“Yelo Bank”ın ən böyük gəlir mənbəyi müştərilərə verilmiş kreditlər olub. Bank bu istiqamətdən 46 milyon 857 min manat faiz gəliri əldə edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə kreditlər üzrə gəlir 38 milyon 236 min manat idi.
Banklar və digər maliyyə institutlarına verilmiş kreditlərdən əldə olunan faiz gəlirləri də yüksəlib. Bu göstərici 231 min manatdan 399,7 min manata çatıb.
Bankın digər gəlir istiqamətlərindən biri isə maliyyə institutlarında yerləşdirilmiş depozitlər olub. Hesabat dövründə bu sahədən əldə olunan faiz gəlirləri 3 milyon 71 min manat təşkil edib. Ötən ilin ilk rübündə isə bu rəqəm 2 milyon 194 min manat olmuşdu.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri də 53,3 min manatdan 320,6 min manata yüksəlib.
Bununla yanaşı, digər faiz gəlirləri azalıb. Əgər 2025-ci ilin birinci rübündə bu maddə üzrə gəlir 74,7 min manat idisə, 2026-cı ilin eyni dövründə göstərici 230 manata düşüb.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
1000 manat depozit “Kapital Bank”da nə qədər qazanc gətirir? - Aylıq və müddətsonu
“AccessBank” 69,5 milyonluq faiz gəlirini nələrdən əldə edib?
"PAŞA Bank"ın faiz gəlirləri yüksəlib: bank pulu nələrdən qazandı? - Rəqəmlər