Redaktor
Gündə 50 bildiriş alan işçi real iş görə bilərmi?
Müasir iş mühitində əməkdaşlar gün ərzində müxtəlif platformalardan davamlı mesaj, bildiriş və sorğular alırlar. Bir çox əməkdaş bu kimi hallarda diqqətlərinin dağıldığını bildirir. Vaxtın əhəmiyyətli hissəsi əsas tapşırıqlara deyil, gələn məlumat axınının idarə olunmasına sərf olunur.
Gün ərzində 50 dənə “Slack”, “WhatsApp”, e-mail bildirişi alan işçi real iş görə bilərmi?
İnsan Resursları mütəxəssisi Pərvanə Həsənova Valyuta.az-a bildirib ki, dövrün tələblərinə uyğun olaraq, gün ərzində saysız-hesabsız bildirişlər (SMS-lər, tətbiq xəbərdarlıqları, e-maillər və s.) mobil telefonlarımıza daxil olur:
"Gün boyu fasiləsiz gələn bildirişlər hər kəsi, hətta bir saniyəlik də olsa, cari işindən ayıra bilir. Bəzi iş yerlərində bu hal iş mühitinin pozulması kimi qiymətləndirilir, hətta bəzən mobil telefonlardan istifadə ilə bağlı məhdudiyyətlər də tətbiq olunur. Bəs görəsən, həqiqətənmi yuxarıda sadalananlar bizim iş fəaliyyətimizə təsir edir?
İşçilərin performansının qiymətləndirilməsi zamanı bəzən bəzi işlərin yarımçıq icra edildiyinin, bəzən isə ümumiyyətlə icra olunmadığının şahidi oluruq. Çox vaxt işçilər buna səbəb kimi “vaxt azlığı”nı göstərirlər. İşəgötürən və işçi arasında yarana bilən münaqişələrdən biri də vaxtın idarə olunması ilə bağlı olur".
P.Həsənova vurğulayıb ki, təcrübədə işəgötürənlərin işçilərin telefonla həddindən artıq məşğul olmalarından şikayət etdiklərinin şahidi oluruq:
"Nəinki bildirişlər, digər kənar təsirlər də insanların diqqətinin dağılmasına, məhsuldarlığın azalmasına gətirib çıxara bilir. Məsələn, məktəbli uşaqlar dərs oxuduqları zaman kənardan eşidilən adi bir vızıltı və digər bu kimi səslər diqqətlərinin bölünməsinə səbəb ola bilir. Diqqətin yayınması vaxt itkisinə, zehnin yorulmasına, əlavə fikir yükünün yaranmasına, stress səviyyəsinin artmasına səbəb olur. Diqqəti yenidən toplamaq üçün isə əlavə enerji və vaxt tələb olunur. Bu səbəblərdən müasir insanlar daha çox yorğunluq hiss edir, gündəlik qayğı və işlərdən əlavə digər məşğuliyyətlərlə məşğul olmaq üçün enerji çatışmazlığı yaşayırlar. Zamanla bu cür yorğunluq hisslərinin üzərinə “tükənmişlik”, “depressiya” və digər psixoloji hallar da əlavə oluna bilir. Tez-tez kəsilən iş axını zamanı işçilərin səhv etmə ehtimalı artır, fikir dağınıqlığı yaranır, emosiyaların idarə olunmasında çətinliklər meydana çıxır. Buradan belə nəticə çıxır ki, zehni yorğunluq təkcə işimizə deyil, sağlamlığımıza da ciddi təsir edir. “Həmişə aktiv” vəziyyətdə qalan, istirahətsiz beyin zamanla yaddaş zəifliyi, əsəbilik və digər hallar yaradır ki, bunlar da ilk növbədə psixoloji vəziyyətimizə təsir göstərir".

Çağdaş dünyanın insanı informasiya bolluğu dövründə sağlamlığını, işini və ümumilikdə həyat keyfiyyətini necə qorumalıdır? sualına cavab olaraq isə ekspet qeyd edib ki, nə qədər problemlər həyatımızda mövcud olsa da, onların həll yolları da tapılır:
"Hazırda müxtəlif metodlardan istifadə etməklə zamanımızı, işlərimizi və emosiyalarımızı idarə edə bilərik. Ən azından, bir neçə lazımsız tətbiqi telefonlarımızdan silə bilərik. Bəzən isə bəzi qrup yazışmalarını və ya vacib olmayan mesajları səssiz rejimə keçirə bilərik. Vaxtaşırı lazımsız məlumatları mesaj qutularımızdan və yazışmalarımızdan silərək daha dərindən düşünmək üçün özümüzə imkan yaratmalıyıq. Bildirişləri qruplaşdırmaq, onları yalnız müəyyən saatlarda yoxlamaq da daha səmərəli nəticə verə bilər. Tələsik düşünmək, cəld qərar vermək və bəzi məsələlər üzərində kifayət qədər dərindən düşünməmək məhsuldarlığımızı aşağı sala bilər. Bu kimi hallardan uzaq durmaq üçün tədbirlər görülməzsə, bildirişlər düzgün idarə olunmazsa, bu vəziyyət iş performansımıza ciddi mənfi təsir göstərə bilər".
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Bəzi tədbirlərdə iştirakçılar niyə mürgüləyir? - Diqqət probleminin səbəbləri
"Azərbaycanda startap qurarkən mütləq nəzərə almaq lazımdır ki..."- Nicat Manafov
"Toksik şirkətləri kənardan da tanımaq olar" - Əsas siqnallar
"Konsaltinq xidməti əksər hallarda şirkətə fayda gətirir"
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?
30.04.2026"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur
30.04.2026“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir
30.04.2026“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®
30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!
30.04.2026Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər
30.04.2026Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
30.04.2026Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
30.04.2026"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
30.04.2026Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026